Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:53

Şeyxülislam Amerikaya gedir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-a səfər edəcək. Bu barədə jurnalistlərə açıqlama verən QMİ rəhbəri səfərin Nyu-Yorkda keçiriləcək beynəlxalq dini konfransda iştirak məqsədi daşıdığını deyib: «Mən İordaniya Kral Akademiyasının üzvüyəm. Həmin akademiyanın təşəbbüsü ilə iyulun 28-dən 31-dək Nyu-Yorkda beynəlxalq dini konfrans keçiriləcək. Mən də həmin konfransa dəvətliyəm. Konfrans çərçivəsində müxtəlif görüşlərim nəzərdə tutulur».APA


XS
SM
MD
LG