Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Əksər ölkələr Rusiyanın Gürcüstanın hava sərhədini pozmasını pisləyib


Rusiya ilə Gürcüstanın məsələsi BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Görüşdə jurnalistlər olmayıblar, sonradan Gürcüstanın səfiri İrakli Alanasiya deyib ki, əksər ölkələr Gürcüstanın ərazi bütövlüyünü dəstəklədilər, həmçinin Rusiyanı Gürcüstanın hava sərhədini pozmasını pisləyiblər.


BMT Təhlükəsizlik Şurasındakı müzakirəni rəsmi Tbilisi istəmişdi. Tbilisi deyir ki, Rusiya iyulun 8-də Gürcüstanın hava sərhədini pozub.


Rusiyanın səfiri Vitaliy Çurkin isə müzakirədən əvvəl deyib ki, gərək Gürcüstan özünün təxribatçı hərəkətindən əl çəksin, separatçı Abxaziya və Cənubi Osetiya ilə gərginliyi azaltsın. Bu separatçı bölgələri Rusiya dəstəkləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG