Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:23

«ABŞ hər zaman hesab edir jurnalistlər gördüyü iş görə həbsdə olmamalıdır»


Səfir Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib

Səfir Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib

«ABŞ hər zaman hesab edir jurnalistlər gördüyü iş görə həbsdə olmamalıdır. Eyni zamanda jurnalistlərə öz işlərinə təhdidlər və təzyiqlər də olmamalıdır». Bunu iyulun 22-də Amerikanın Azərbaycandakı səfiri Enn Dersi deyib.


Səfir Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və bildirib ki, Amerika daim azad, peşəkar və etik qaydalara riayət edən medianın tərəfdarıdır və bu yöndə Birləşmiş Ştatlar öz dəstəyini davam etdirəcək: «Biz Azərbaycanda fəaliyyət göstərən jurnalistləri alqışlayırıq».


«Hər zaman düşünmüşük ki, Azərbaycan hökuməti, eyni zamanda vətəndaş cəmiyyəti və media arasında müştərək addımlar atılacaq və vəziyyət yaxşılaşacaq. Bunun nəticəsində media çox güclü demokratik təsisat kimi öz inkişafını tapacaq. Bu isə Azərbaycanın inkişaf edən demokratiyasına öz təkanını və öz tövsiyəsini verəcək. Təbii ki, bu addımlar barədə danışarkən həbsdə olan jurnalistlərin azad olması məhz bu kimi pozitiv addımlar ola bilər». Amerikanın səfiri belə deyib.


Hazırda Azərbaycan üç jurnalist həbsdədir. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən isə üç keçir, bu cinayətin üstü hələ də açılmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG