Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir


Hazırda ölkədə üç jurnalist həbsdədir. Onlar məhz peşə fəaliyyətinə görə həbs olunublar

Hazırda ölkədə üç jurnalist həbsdədir. Onlar məhz peşə fəaliyyətinə görə həbs olunublar

İyulun 22-ni Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.


1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı «Əkinçi» qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.


Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Bununla da milli mətbuatın əsası qoyulur.


1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.


1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan «Azadlıq», eyni zamanda «Azərbaycan», «Odlar Yurdu» və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi.


Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur. Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinin əsas problemi kimi «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini, media işçilərinin hökumət tərəfindən təqiblərə məruz qaldığını, informasiya əldə etmək hüquqlarının pozulmasını və s.-ni göstərir. Hazırda ölkədə üç jurnalist həbsdədir. Onlar məhz peşə fəaliyyətinə görə həbs olunduqlarını bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG