Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:22

«Bizə borcu olanların insafa gələcəyini gözləyirik»


«GÜN səhər» 2005-ci ilin fevralından gündəlik nəşr olunub

«GÜN səhər» 2005-ci ilin fevralından gündəlik nəşr olunub

«Bizə borcu qalmış instansiyanın nə zaman insafa gələcəyini hələlik dözümlə və təbii ki, həddi-hüdudu olan səbirlə gözləməkdəyik».


Fəaliyyətini dayandırmış «GÜN səhər» qəzetinin bir qrup əməkdaşlarının Milli Mətbuat Günü ərəfəsində müraciətlərində belə deyilir.


«GÜN səhər» qəzetində maliyyə sıxıntıları ilin əvvəllərindən başlasa da, kollektiv vicdanlı qəzetçi dözümü ilə sonadək tab gətirdi, maliyyə təminatının məsuliyyətini çiyninə almış şəxslərin vədlərinə axıra kimi inandı».


Müraciət müəllifləri bildirirlər ki, qəzet mayın sonunda öz fəaliyyətini dayandıranda, artıq işçilərin, jurnalistlərin, səhifələyicilərin, hətta korrektorların «işləməyə taqəti qalmayanda əməkdaşlar iki aydan artıq əməkhaqqını ala bilməmişdilər».


Müraciəti qəzetin baş redaktor müavini, məsul katib, redaktor və digər işçiləri imzalayıblar.


«GÜN səhər» qəzetinin təsisçisi Arif Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, jurnalistlərin maaşlarının verilməməsinin səbəbkarı o deyil.


«GÜN səhər» qəzeti 2005-ci ilin fevralından gündəlik nəşr olunub. Sonradan həftəlik fəaliyyət göstərən qəzet yenidən gündəliyə keçib, may ayında fəaliyyətini birdəfəlik dayandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG