Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36

88 sülhməramlı İraqdan Azərbaycana qayıdır


Azərbaycanın İraqdakı sülhməramlılar bölüyündə qulluq edən 88 hərbiçi geri qayıdır. Müdafiə Nazirliyi mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, sülhməramlılar iyulun 22-si gecə saat 2-nin yarısında Bakıya çatacaqlar. Onlar arasında xidmət müddəti müxtəlif olan hərbiçilər var.


Bir müddət əvvəl İraqa rotasiya qaydasında başqa azərbaycanlı sülhməramlılar göndərilib.


Azərbaycanın İraqdakı sülhməramlılar bölüyündə qulluq edən hərbiçilərindən biri - Rəfael Ağayev ötən ay həlak olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG