Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

«İran daha çox sanksiyalarla üzləşə bilər»


«İki həftəyə uranın zənginləşdirilməsi planlarını dayandırması barədə cavab verməlidir»

«İki həftəyə uranın zənginləşdirilməsi planlarını dayandırması barədə cavab verməlidir»

ABŞ dövlət Katibi Kondoliza Rays bildirir ki, əgər İran özünün nüvə planlarını cilovlamaq barədə verilmiş möhlətə etinasız yanaşarsa, daha çox sanksiyalarla üzləşəcək. Rays qeyd edir ki, İran bu məsələdə ləngitmə taktikasından istifadə edir. Ona görə də iki həftə ərzində uranın zənginləşdirilməsi planlarını dayandırması barədə ciddi cavab verməlidir.


Ötən şənbə günü Cenevrədə ABŞ nümayəndəsi də daxil olmaqla Avropa Birliyi ölkələri, Rusiya və Çin nümayəndələri ilə birlikdə İranın nüvə proqramları müzakirə olunmuşdu. Müzakirələrdən sonra Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Havyer Solana bildirib ki, iki həftə sonra İranın nüvə məsələləri üzrə nümayəndəsi Saed Calali ilə yenidən görüşəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG