Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36

IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib


Test imtahanının nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək

Test imtahanının nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək

İyulun 20-i IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib. Bu qrup üzrə 17 164 abituriyent mübarizə aparır. Onlardan 6898 nəfərini oğlanlar, 10266 nəfərini isə qızlar təşkil edir.


Sənəd verənlərin 15 410 nəfəri Azərbaycan bölməsinin, 1754 nəfəri isə rus bölməsinin məzunudur.


Bu, ixtisas qrupu üzrə təhsil almaq istəyən 131 abituriyent xarici ölkələrin vətəndaşıdır.


56 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.


418 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1993-cü ildəndir.


İmtahanın keçirilməsi üçün Bakı şəhərində 27, Naxçıvanda 3 bina ayrılıb.


Test imtahanının nəticələri iyulun 22-23-də TQDK-nın internet saytında yerləşdiriləcək.


İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.


Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.


III qrup üzrə imtahan iyunun 29-u, I-ci qrup üzrə iyulun 8-də, II qrup üzrə isə iyulun 14-də keçirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG