Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

«Neftçi» səfər oyununa qələbə ilə yollanır


Cavab qarşılaşması iyulun 26-da Rumıniyada keçiriləcək

Cavab qarşılaşması iyulun 26-da Rumıniyada keçiriləcək

Bakının «Neftçi» klubu UEFA İntertoto kubokunun üçüncü mərhələsində Rumıniyanın «Vasluy» klubu ilə ilk görüşünü keçirib. İyulun 19-u axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada «Neftçi» 2-1 hesabı ilə qalib gəlib.


Oyunun birinci hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. 28-ci dəqiqədə «Neftçi»nin ukraynalı legioneri Gerasımyuk hesabı açıb, bir dəqiqə keçməmiş isə Gençev tarazlığı bərpa edib.


Qarşılaşmanın ikinci hissəsində Bakı klubu daha bir top vurub. 84-cü dəqiqdə Rəşad Sadiqov qolu hesabına yazıb.


Cavab qarşılaşması iyulun 26-da Rumıniyada keçiriləcək. Qalib komanda UEFA kuboku uğrunda mübarizəyə qoşulacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG