Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:40

Quantanamo həbsxanasının ilk məhbusu iyulun 21-də mühakimə olunacaq


Yəmən vətəndaşı olan Səlim Həmdan bir vaxtlar «əl-Qaidə» lideri Üsamə bin Ladenin sürücüsü olub.


Həmdan terroru dəstəkləməkdə və terrorçularla əlbir olmaqda ittiham olunur. Onu ömürlük, ya da uzun müddət azadlıqdan məhrumetmə gözləyir.


İndiyə kimi Quantanamo həbsxanasının 20 məhkumuna ittiham irəli sürülüb.


ABŞ-ın Quantanamo həbsxanası Kubada yerləşir. Hazırda orada bir neçə yüz şəxs saxlanır. Onlar «əl-Qaidə» terror təşkilatı və «Taliban» hərəkatı ilə əməkdaşlıqda günahlandırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG