Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:33

«Mən nəticənin necə olacağını indidən deyə bilmərəm»


«Biz ümid edirik ki, bu seçki gözləntilərimizi təsdiq edəcək»
«Biz ümid edirik ki, bu seçki gözləntilərimizi təsdiq edəcək»

«Belə görünür ki, prezident Əliyev beynəlxalq ictimaiyyətin azad və ədalətli kimi tanıdığı seçkinin keçirilməsinin vacibliyini başa düşür. Bu məsələ bizim münasibətlərimizdə diqqət mərkəzindədir. Ümid edirik ki, bu seçki gözləntilərimizi təsdiq edəcək». - ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, jurnalistlərin həbsi, onlara təzyiq edilməsi, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər isə seçkinin azad və ədalətli olacağı ümidlərinin əleyhinə yönəlib:



«Biz səfirlik, Bakıda və Vaşiqtondan reallaşdırılan yardımlar vasitəsilə bu seçkinin demokratik keçirilməsi mexanizmlərinin yaradılmasına çalışırıq. Mən nəticənin necə olacağını indidən deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Ermənistanda mübahisəli seçkidən sonra presedenti olmayan zorakılıq gördük. Biz elə etməliyik ki, mümkün qədər seçkinin azad və ədalətli keçirilməsi üçün mexanizmlər həyata keçirilsin».



Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri də olan M. Brayza deyib ki, indi tərəflər arasında danışıqlar davam edir:

«Sankt-Peterburq görüşündən sonra prezidentlər Minsk Qrupundan Xarici İşlər nazirləri səviyyəsində səylərini artırmasını istədilər. Biz də bununla məşğuluq. Tərəflər arasında Madrid prinsipləri əsasında mübahisəli məqamları yaxınlaşdırmaq üçün fəaliyyətimizi davam etdiririk. İyulun 31 - avqustun 1-də həmsədrlər Moskvada Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə bir daha görüşəcəklər. Onda bilinəcək ki, tərəflər mövqelərini yaxınlaşdıracaqlar, ya yox?».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG