Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

«Bəzi olimpiya komplekslərinin qapısı çox vaxt bağlı olur»


Hazırda ölkədə 23 olimpiya kompleksi tikilir. Bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib. Amma o, Lənkəran, Bərdə və Şamaxıdakı olimpiya komplekslərinin fəaliyyətindən narazılıq edib:


«Təəssüf ki, onların qapısı çox vaxt bağlı olur».


Gənclər və İdman naziri daha çox Gəncə, Zaqatala və Naxçıvandakı olimpiya komplekslərinin fəaliyyətindən razılığını bildirib.


Azad Rəhimovun sözlərinə görə, yeni tikilən 23 olimpiya kompleksi nazirliyin balansında olacaq. Ancaq onlar indidən bu mərkəzlərin necə saxlanacağı barədə fikirləşirlər:


«Bölgələrdə bəlkə də ailələrdə imkan da yoxdu ki, uşaqlarının məşqlərinə pul versin. Bizim ümidimiz onadı ki, kompleksin tərkibindəki otellərdə turistlər, iş adamları qalacaq və otellərdən gələn vəsait olimpiya mərkəzlərinin saxlanmasına yönəldiləcək».


XS
SM
MD
LG