Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01

«Oliqarxların «putyovka» biznesi»


«Həmkarlar ittifaqları işçiləri zorla «putyovka» almağa məcbur edirlər»

«Həmkarlar ittifaqları işçiləri zorla «putyovka» almağa məcbur edirlər»

«Azadlıq» qəzetindəki «Oliqarxların «putyovka» biznesi» başlıqlı məqalədə deyilir ki, məmurlar yay mövsümündən də milyonlar qazanmaq istəyindədir: «Vəzifəli şəxslər böyük pullar qazanmaq üçün müxtəlif variantlara əl atmaqdadır. Məlumata görə, müxtəlif nazirliklərin və dövlət strukturlarının tərkibində fəaliyyət göstərən həmkarlar ittifaqları işçiləri zorla «putyovka» almağa məcbur edirlər».


Qəzet iddia edir ki, bu göstəriş nazirlər səviyyəsində verilib:


«Onlar bununla külli miqdarda gəlir əldə etmək niyyətindədirlər. «Putyovka» xərci əslində ucuz olsa da, baha qiymətə sənədləşdirilir və aradan qalan fərq nazirlərin cibinə axır».


«Azadlıq» yazır ki, hətta işçilərin istirahət xərclərinin bir qismini nazirliklər ödəyir:


«Bu isə o məqsədlə edilir ki, yuxarılara kifayət qədər şişirdilmiş rəqəmləri çatdırmaq mümkün olsun».


«Exspress» qəzetindəki «Ermənistana rahatlıq verməyəcəyik» başlıqlı məqalədə deyilir ki, Bakı Yerevanın Qarabağ danışıqlarında nə dərəcədə səmimi olduğunu öyrənməyə çalışır. Xarici İşlər nazirinin müavini Araz Əzimov qəzetə deyib ki, qarşı tərəf düşünməsin ki, vaxt keçirməklə hazırkı vəziyyəti uzadıb siyasi maraqlarını təmin edəcəklər:


«Danışıqların tükənməzliyi barədə fikir yürütmək də hələ tez olardı. Çünki qarşımızda bir-iki olsa da, ciddi məsələlər qalıb və onu da həll etmək üçün yol tapa bilsək, onda irəliləyişdən danışa bilərik».


Bununla yanaşı, Əzimov nizamlamanı tərpətmək üçün alternativ vasitələrə də işarə edib. Ancaq bu, müharibə deyil, diplomatik təzyiqin artırılmasıdır. Belə ki, Bakı digər beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılığını sübut etməlidir:


«Hər dəfə Qarabağda törədilən qanunsuz əməllər məsələsi meydana çıxanda beynəlxalq təşkilatlarda ilk sual bu olur ki, təzyiqlər kimə edilməlidir? Təbii ki, işğalçı tərəf Ermənistandır və biz bunu bütün müstəvilərdə tanıtmalıyıq. Bu isə vaxt tələb edir».


«Yeni Azərbaycan» qəzetindəki «Müxalifət seçkilərə hazır deyil» başlıqlı məqalədə deyilir ki, prezident seçkisinə cəmi üç ay qalır: «Azərbaycanda hakimiyyətə iddialı olmaq istəyən siyasi qüvvələrin və şəxslərin bu seçkiyə hazırlaşmaq üçün təxminən 5 ay vaxtları olub. Amma mövcud hakimiyyət istisna olmaqla digər siyasi qüvvələr bu müddət ərzində nəinki simpatiya yaradan siyasi addım atıblar, əksinə başları parçalanma, iflas və digər hadisələrə qarışmaqla çətin vəziyyətə düşüblər».


Qəzet yazır ki, bu dövrdə bir çox müxalifət nümayəndələrindən ifrat radikal mövqedən uzaqlaşıb konstruktivliyə yönələnləri də olub:


«Ümumən götürəndə isə iqtidara qarşı müxalifətdə olan qüvvələr bu vaxtdan xalqın etimadını qazanmaq, özlərinə qarşı rəğbət oyatmaq naminə istifadə edə bilməyiblər».


Günün bütün mövzuları

XS
SM
MD
LG