Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

«Amerikanın nüvə danışıqlarında iştirakı müsbət haldır»


«ABŞ-ın İranla danışıqlarda iştirakı onu göstərir ki, beynəlxalq cəmiyyət Tehranın nüvə fəaliyyətini dayandırması sahəsində birgə səy göstərir».


Dövlət katibi Kondoliza Rays Amerika diplomatının İranla danışıqlara qatılmaq qərarını şərh edərkən belə deyib.


İranın nüvə məsələsi iyulun 19-da İsveçrədə müzakirə olunacaq. Görüşdə İranı nüvə sözçüsü Səid Cəlili, Amerikanı isə Dövlət Departamentinin 3-cü dərəcəli diplomatı Uilyam Börns təmsil edəcək.


İranın Xarici İşlər naziri Manuçöhr Mottaki iyulun 17-də deyib ki, Amerikanın nüvə danışıqlarında iştirakı müsbət haldır.


Qərb ehtiyat edir ki, İran nüvə silahı hazırlaya bilər. Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG