Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32

«Bu, Vaşinqtonla Ankaranın münasibətlərinə ciddi zərbə ola bilər»


«Ermənistan qonşumuzdur, münasibətlərin normallaşması əsas məqsədlərdən biridir».


Bunu Türkiyənin Xarici İşlər naziri Əli Babacan deyib. Sentyabrda Yerevanda Türkiyənin futbol komandası Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Ermənistan millisilə qarşılaşacaq.


Oyunu izləmək üçün Türkiyə prezidenti Abdullah Gül Yerevana gedə bilər. Nazir Babacanın dediyinə görə, indi məsələ müzakirə olunur. Gülün Ermənistana səfəri oyunqabağı proseslərdən asılıdır.


Əli Babacan Amerika prezidentliyinə namizəd Barak Obamanın vədinə də münasibətini bildirib.


Obama deyirdi ki, prezident seçilsə, erməni soyqırımının tanınmasına çalışacaq.


Babacan deyib ki, bu, Vaşinqtonla Ankaranın münasibətlərinə ciddi zərbə ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG