Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

«Həmişə deyirdi ki, mən çox yaşamayacağam»


S.Hüseynov Elmarın oğlu Aslanı sonuncu dəfə Bakıda görüb
S.Hüseynov Elmarın oğlu Aslanı sonuncu dəfə Bakıda görüb

«Həmişə deyirdi ki, mən çox yaşamayacağam. Ona deyirdim ki, bizim nəsildə hamı çox yaşayandır. Amma elə Elmar deyən kimi də oldu. Onu əlimdən tez aldılar».


Elmar Hüseynovun atası Sabir Hüseynov «Can Bakı»ya belə deyib.


S.Hüseynov Elmarın oğlu Aslanı sonuncu dəfə Bakıda görüb. Norveçə köçəndən sonra onu görmək imkanı yaranmayıb:


«Norveçə getməzdən əvvəl hər həftə Aslanla parka gəzməyə gedirdik. Sonuncu dəfə onu öz evlərinə qoyanda qapını bağladı ki, getmə. Dedim ki, siqaret almağa çıxıram. Amma bilirdi ki, aldadıram».


Bu yaxınlarda Aslanın şəklini Sabir Hüseynova göndəriblər. O da şəkli böyüdüb evdən asıb.


«Can Bakı»nın digər qonağı «Elmar Hüseynov» Fondunun təsisçisi Şahbaz Xuduoğlu isə dedi ki, Elmar cəmiyyətin əsgəri idi:


«Elmar sidq ürəklə öz işi uğrunda mübarizə aparıb. Bu mübarizə birdən-birə unudulmamalıdır. Dövlət kimisə əsgərliyə göndərəndə, onun qayğısına qalır. Elmar da cəmiyyətin əsgəri idi. Amma cəmiyyət onun qayğısına qala, qoruya bilmədi. Cəmiyyət güclü olsaydı, Elmarı öldürməzdilər, ondan sonra bir çox jurnalistlər qələmini yerə qoymazdı».


Buna da bax:

XS
SM
MD
LG