Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

«Elmar Hüseynov: Əbədi didərgin»


«Elmarın qətlinin səbəbi nə olursa olsun, o, bizim cəmiyyətin «dəfn mərasimindən» gələn əks-sədadır»

«Elmarın qətlinin səbəbi nə olursa olsun, o, bizim cəmiyyətin «dəfn mərasimindən» gələn əks-sədadır»

«Azadlıq» qəzetindəki «Elmar Hüseynov: Əbədi didərgin» başlıqlı məqalədə Şahin Hacıyev yazır ki, onun həyatını əlindən alıb, çox bahalı qəbir bağışladılar. Elmarın mətbuatda rolu yalnız istedad və bacarıqlarla deyil, həm də vətəndaş mövqeyi ilə müəyyən olunmuşdu: «Yazı qabiliyyətinə görə, ondan heç də geri qalmayan həmkarlarımızın çoxu bundan məhrumdurlar (çox vaxt könüllü olaraq). Keçən vaxt ərzində Elmar haqqında çox yazılıb. Onun şəxsiyyəti müəyyən mənada əfsanəyə çevrilib, bunun arxasında görünən həmişə həqiqi Elmar deyil…Onun enerjisi, işləmək arzusu və bacarığı, intellekti məndə rəğbət oyadırdı. O, öz bacarıqları hesabına uğur qazanmaq istəyənlərdən idi».


Şahin Hacıyev yazır ki, Elmarın qətlinin səbəbi nə olursa olsun, o, bizim cəmiyyətin «dəfn mərasimindən» gələn əks-sədadır:


«Elmarla birlikdə biz demokratik quruluşa inamımızı dəfn etdik. Rejim dəyişmədən, o inam geri qayıtmayacaq. Elmarın qəbrini ziyarət edərkən hər dəfə onun 8-ci kilometr qəsəbəsində 9 mərtəbəli binadakı mənzilini xatırlayıram: təmirsiz mənzildə soyuq beton divarlar. Hakimiyyətin Elmarın qəbrinə sərf etdiyi vəsaitin həcmi bu mənzilin dəyərindən çoxdur…Yeni Orlean cazmenlərinin bir ənənəsi var. Onlar öz həmkarlarını musiqi sədaları altında dəfn edirlər – qəbiristanlığa qədər minor musiqi səslənir, geriyə major. Mərasimin bütün iştirakçıları oxuyur, oynayırlar. Əsl cazmenlər üçün ağlamazlar».


«Mərkəz» qəzetindəki «Deputatların əksəriyyəti ofislə təmin olunub» başlıqlı məqalədə deyilir ki, amma bəzi millət vəkilləri hələ də otaqsız qalmalarından şikayətlənirlər. Milli Məclisin Mətbuat Xidməti rəhbərinin müavini Mehman Qayıbov qəzetə deyib ki, deputatların rabitə ilə təchiz olunmuş xidməti otaqlarla təmin edilməsi məqsədilə yerli icra nümayəndəliklərinə məktub göndərilib. Qayıbov nə qədər deputatın ofisinin olması ilə bağlı konkret rəqəm söyləməsə də, bu göstəricinin 80 faiz həddində olduğunu bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda daha 20 deputat xidməti otaqlarla təmin ediləcək.


«Express» qəzetindəki «Xəzər zəhərlənir» başlıqlı məqalədə deyilir ki, dənizdəki balıqların 35 növündə mutasiyalar qeydə alınıb. Qəzet yazır ki, şəhərdə radioaktiv fonun qəbuledilən səviyyədə olduğu vurğulansa da, müxtəlif radioelementlər, kimyəvi birləşmələr, habelə Xəzərin çirklənməsi və digər amillər Bakı və Abşeron yarımadasında onkoloji xəstəlikləri artıra bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG