Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

Sevgiladə Quliyevanın axtarışda olması barədə elan BŞBPİ-nin saytında qalır


Sevgiladə Quliyevanın axtarışda olması barədə elan

Sevgiladə Quliyevanın axtarışda olması barədə elan

Sevgiladə Quliyevanın axtarışda olması barədə elan hələ də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında qalır.


Sevgiladə Quliyevanın axtarışda olması barədə elan bir həftə əvvəl BŞBPİ-nin binası qarşındakı lövhədə aşkarlanmışdı. Həmin vaxt Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov demişdi ki, məlumat diqqətsizlik üzündən lövhədə qalıb.


Ancaq axtarış barədə elan BŞBPİ-nin 2008-ci ildə yaradılan rəsmi internet saytında hələ də qalır.


Ehsan Zahidov bu dəfə də məsələni diqqətsizliklə əlaqələndirdi: «Bu elan həmin sahəyə baxan adamın diqqətsizliyi üzündən qalıb, yəqin ki, yaxın günlərdə saytdan yığışdırılacaq».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid Sevgiladə Quliyevanın iddiası əsasında bu ilin martında 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, xuliqanlıq edib, küçədə Sevgiladə Quliyevaya sataşıb.


Jurnalistin vəkilləri bu işi qurama və siyasi sifariş hesab edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG