Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Sorğularda Obama MakKeyni üstələyir


Ölkədaxili məsələlərdə Obama MakKeyni üstələyir
Ölkədaxili məsələlərdə Obama MakKeyni üstələyir
Bu payız keçiriləcək prezident seçkiləri həm də amerikalıların irqi məslələrdə fikir ayrılıqlarının səviyyəsini nümayiş etdirəcək. Atası qaradərili keniyalı, anası isə ağdərili amerikalı olan demokrat Barak Obamanın prezidentliyə namizədliyi ABŞ cəmiyyətində yenidən diqqəti irqi məsələlərə yönəldib. Medianın ABŞ-da keçirdiyi son sorğuların nəticələrinə görə, Obamanın qaradərili seçicilər arasında müdafiəsi daha çoxdur.

«New York Times» qəzeti və CBS News telekanalının iyulun 7-dən 14-nə qədər telefonla ölkə boyu 1796 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə, ağdərili vətəndaşların yalnız 30 faizi Obamanın namizədliyini müdafiə edir.


Hər 10 qaradərili amerikalıdan dördü hesab edir ki, son illər irqi ayrı-seçkilik tam aradan qaldırılmayıb. Amma ağdərili vətəndaşların hər 10 nəfərindən cəmi ikisi eyni fikirdə olduğunu söyləyib.


Qaradərili respondentlərin 64 faizinin fikrincə, ağdərili vətəndaşların cəmiyyətdə uğur qazanmaq şansı daha çoxdur. Onların əksəriyyəti hesab edir ki, Obama sadə vətəndaşların problemlərini daha çox başa düşür və daha vətənpərvərdir. Ağdərililərin isə çoxu düşünür ki, Barak Obama öz fikirlərindən çox, xalqın eşitmək istədiklərini dilə gətirir.


Sorğuda iştirak edən qaradərili seçicilərin yarısının fikrincə, Barak Obama seçilərsə, onun aparatında qaradərililərin sayı artacaq.


Sorğunun nəticələrinə görə, ümumilikdə ölkə üzrə demokrat Barak Obamanın prezident olmasını istəyənlər 45 faiz, respublikaçı Con MakKeynin seçilməsini istəyənlərin sayı isə 39 faizdir. Qaradərili seçicilər siyasi baxışlarına görə daha çox həmfikirlik nümayiş etdirsələr də ağdərili seçicilər arasında fikir ayrılıqları daha çox müşahidə olunur.


Sorğunun nəticələrinə görə, respublikaçı namizəd daha çox prezident Buşun mirası ilə yüklənəcək. O, seçilərsə, Buşun İraqla, iqtisadiyyatla bağlı siyasətini davam etdirəcək. Prezident Buşun iqtisadi siyasəti isə daha az bəyənilir. Müharibədə vəziyyətin yaxşı olduğunu düşünənlərin sayı bir qədər artsa da ümumilikdə amerikalıların çoxu işğalçılığın səhv olduğu fikrindədir.


«Washington Post» qəzeti və ABC telekanalının keçirdiyi başqa bir sorğunun nəticələrinə görə də demokratlar respublikaçıları üstələyirlər.


Bu sorğu da iyulun 10-dan 13-nə qədər telefonla ölkə üzrə 1119 nəfər arasında keçirilib. Nəticələrə görə, demokratların namizədi Obamanın prezident olmasını ölkə əhalisinin 50 faizi, respublikaçıların namizədi Con MakKeynin prezident olmasını isə 42 faizi istəyir.


Bu sorğu da göstərib ki, Afrika mənşəli amerikalıların 94 faizi Barak Obamaya üstünlük verir. Amma ağdərili seçicilərin 50 faizi MakKeyni, 42 faizi isə Barak Obamanı müdafiə edir.


Namizədlərin irqi mənsubiyyətinə deyil, apardığı siyasətə münasibətə gəldikdə, bu sorğunun nəticələrinə görə seçicilərin 56 faizi hesab edir ki, Barak Obama prezident olmaq üçün dünyanın problemlərini kifayət qədər bilir. Rəyi soruşulanların daha çoxu, 72 faizi isə MakKeynin dünya problemlərinə daha yaxından bələd olduğunu deyib.


Amma ölkədaxili məslələrdə Obama MakKeyni üstələyir.


Rəyi soruşulanların yarısı bildirib ki, iqtisadi amillər onların seçimlərində son dərəcə mühüm amil olacaq.


Respondentlərin 54 faizi iqtisadi sahədə Obamaya ümidli olduğunu deyib. MakKeynə inanlar isə 35 fazi olub. Enerjinin, benzinin qiymətləri də ilin əvvəlindən seçicilərin son dərəcə diqqət yetirdikləri məsələdir. İraq müharibəsinə münasibət isə üçüncü yerdə gəlir. Təhsil, səhiyyə kimi sosial problemlər müharibədən sonra gəlir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG