Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:45

II ixtisas qrupunda test baryerini 7701 abituriyent aşıb


Ali məktəblərin II ixtisas qrupuna iyulun 14-də keçirilən qəbul imtahanının nəticələri məlum olub.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Mətbuat Xidmətindən «Media forum» saytına verilən məlumata görə, II ixtisas qrupu üzrə 21 841 abituriyent imtahanda iştirak etmək üçün elekron ərizəsini təsdiq edib. İmtahanda 20 850 abituriyent iştirak edib. 18 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub. II ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 7496-dır (Azərbaycan bölməsində 5164, rus bölməsində 1141, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1191).


TQDK II ixtisas qrupunu seçən abituriyentlərin nəzərinə çatdırır ki, qrupa daxil olan bütün ixtisaslar üzrə müsabiqə şəraitinin yaranmasını təmin etmək məqsədilə bu ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin buraxılması qərara alınıb.


Test imtahanının nəticəsinə görə, 7701 abituriyent - Azərbaycan bölməsi üzrə 6333 nəfər, rus bölməsi üzrə 1368 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb. Azərbaycan bölməsində 122, rus bölməsində isə 10 abituriyent 650-700 bal intervalında nəticə göstərib.


İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.


Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla «İmtahancell» xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG