Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:48

Jivkova özünün ikili rolu haqda


«Jivkova Herkel kimi kəskin deyil»
«Jivkova Herkel kimi kəskin deyil»

«Çalışıram ki, AŞ PA-dakı işimi Bolqarıstan hökumətinin tərkibindəki missiyamdan ayırım». Bunu «Azadlıq» radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, bolqarıstanlı deputat Yevgeniya Jivkova deyib.


Keçən ilin noyabrında Y.Jivkova Bolqarıstanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdi və Nazirlər Kabinetində görüşlər keçirmişdi.


Jivkova deyir ki, deputatların Baş nazirlə müxtəlif ölkələrə səfər etməyi normal haldır:


«Mən həmin nümayəndə heyətinin tərkibində ancaq bolqar deputat kimi iştirak edirdim. Bolqar hökuməti ilə bağlı işimi həmməruzəçilik işi ilə qarışdırmaq istəmirəm. Çalışıram ki, obyektiv olam».


«Azadlıq» radiosunun «bəzən müxalifət düşərgəsindən fikirlər səslənir ki, Yevgeniya Jivkova digər həmməruzəçi Herkel kimi kəskin deyil» -


sualına cavabında Jivkova deyib:


«Bu, onların fikridir. Amma biz sizin cəmiyyətinizi, mədəniyyətinizi, mentalitetinizi başa düşməliyik. Mən çalışıram ki, ədalətli və balanslı olum. Mənim təcrübəm budur».


AŞ PA-nın vitse-prezidenti, Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qross «Azadlıq» radiosuna müsahibəsində Jivkovanın fəaliyyətinin Avropa Şurasının fəlsəfəsinə zidd olduğunu deyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG