Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:38

«Birinci mərtəbələrdə yaşayanların radiasiyaya məruz qalmaq ehtimalı çoxdur»


Çingiz Əliyev, 16 iyul 2008

Çingiz Əliyev, 16 iyul 2008

«Əhali iki cür radiasiyadan ehtiyatlanmalıdır: tikinti materiallarının tərkibində və yerin təkindəki radiasiyadan». «Can Bakı»nın qonağı olan Geologiya İnstitutunun şöbə müdiri, professor Çingiz Əliyev belə deyib: «Bakı seysmik zona olduğundan yer təkində çatlar çoxdur. Buna görə də zirzəmilərdə və birinci mərtəbələrdə yaşayanların daha çox radiasiyaya məruz qalmaq ehtimalı var».

Amma alim onu da deyir ki, radiasiyadan qorxmaq lazım deyil, çünki onun özü həyat üçün vacib şərtlərdən biridir:


«Hətta müəyyən miqdarda radiasiya ürəyə də xeyirlidir».


Çingiz Əliyev deyir ki, Abşeronda bəzi texnogen anomaliyalar var ki, onlar da neft hasilatı ilə bağlıdır:


«Vaxtilə Abşeron ərazisində iki yod zavodu yerləşirdi, onlar da radioaktiv çirklənmə mənbəyi idi. İndi həmin zavodlar fəaliyyətini dayandırıb. Amma orda qalan tullantılar və avadanlıq ya basdırılmalı, ya da zərərsizləşdirilməlidir. Bu da böyük vəsait tələb edir. Orda külli miqdarda aktivləşmiş kömür qalıb. Bakı küləklər şəhəridir, yüksək radioaktivliyə malik kömür küçələrə səpələnir».


Professorun sözlərinə görə, «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» qanun 1997-ci ildə qəbul edilsə də, hələ də tikinti materialları, su və ərzaq məhsulları üçün radiasiyanın normativləri qəbul edilməyib.


Verilişin başqa qonağı Beynəlxalq Energetika Akademiyasının prezidenti Fəqan Əliyev isə deyir ki, normativlər tezliklə qəbul edilsə belə, onları dövlət qurumları yox, müstəqil təşkilatlar yoxlamalıdır:


«İndi İqitsadi İnkişaf, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin özlərinin laboratoriyaları var. Bu, düzgün deyil. Bu cür yoxlamaları müstəqil qurumlar həyata keçirməlidir. Dövlət qurumları sadəcə bu işə nəzarət edə bilərlər».


F.Əliyev zəhərli maddələrin Abşeronda basdırılmasının əleyhinə çıxıb:


«Bu maddələr standartlara uyğun basdırılsa belə, Abşeronun yeraltı suları bir-biri ilə sıx əlaqəlidir, tullantılar sonradan problem yarada bilər».


Buna da bax:

XS
SM
MD
LG