Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:22

ATƏT seçkiqabağı vəziyyəti qiymətləndirdi


DTİHB-in qısamüddətli müşahidəçiləri Yerevanda, 9 may 2007
DTİHB-in qısamüddətli müşahidəçiləri Yerevanda, 9 may 2007
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyası Azərbaycanda seçkiqabağı vəziyyətə dair hesabat yayıb.


İyulun 15-də yayılan bu hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti seçkiləri beynəlxalq standartlara uyğun keçirməyə hazır olduğunu bəyan edir. Hökumət tezliklə seçkini müşahidə üçün ATƏT-in missiyasına dəvətnamə göndərəcək. «Bəzi yerli müşahidəçilər isə Azərbaycana missiya göndərməyin əhəmiyyətsiz iş olduğunu düşünürlər».


Hesabatda bildirilir ki, Seçki Məcəlləsinə dəyişikliklər olunsa da, bəzi problemlər hələlik həllini tapmayıb.


Sənəddə qeyd olunur ki, seçkilər ərəfəsində digər bir narahatlıq doğuran məqam seçki prosesinə kənar müdaxilə ehtimalıdır. Rəsmilər bunun da qarşısını almaq üçün əllərindən gələni etməyə söz veriblər.


DTİHB prezident seçkisi ilə əlaqədar Azərbaycana 30 nəfərdən ibarət uzunmüddətli, 450 nəfərdən ibarət isə qısamüddətli missiya göndərməyi tövsiyə edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG