Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Seçki Monitorinq Mərkəzi yenidən təsis olunub


İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının etibarsız sayılması və ləğvi barədə Xətai Rayon Məhkəməsinin mayın 14-də çıxardığı qətnamədən şikayətə baxılacaq.


SMM-dən «Media forum» saytına verilən məlumata görə, iyulun 10-da mərkəzin yenidən təsis edilməsi barədə təsisçilərin yığıncağı keçirilib. SMM nümayəndələri bu qərar barədə bildiriş hazırlayaraq Ədliyyə Nazirliyinə təqdim ediblər. Qurumun qeydiyyatının bərpa olunması üçün zəruri sənədlər isə yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim ediləcək.


Mərkəzin həmtəsisçisi Anar Məmmədli deyib ki, təşkilatın qeydiyyatının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinin iddiası və bu barədə Xətai Rayon Məhkəməsinin qərarı qanunsuzdur: «Bununla həm Azərbaycan milli qanunvericiliyi, həm də Əsas İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyasının birləşmək hüququ üzrə tələbləri kobud şəkildə pozulub. Biz qeydiyyatımızın bərpa olunması ilə birləşmək hüququmuzun tanınmasını istəyirik».


SMM 2001-ci ildə təsis edilib. Aprelin 17-də Ədliyyə Nazirliyi Xətai Rayon Məhkəməsinə SMM-in qeydiyyatının etibarsız sayılması və ləğvi ilə bağlı iddia irəli sürüb. Mayın 14-də Xətai Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında SMM-in dövlət qeydiyyatının ləğvi barədə qətnamə çıxarıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG