Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

«Sərhədsiz reportyorlar»: «Məhkəmə günahsız şəxsi cəzalandırıb»


«Nəsimi Rayon Məhkəməsi Sergey Strekalini Aqil Xəlilə basqın faktı ilə bağlı 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Lakin zərərçəkmiş özü və ölkə ictimaiyyəti əmin idi ki, bu insanın adı çəkilən cinayətlə heç bir əlaqəsi yoxdur, ondan jurnalistin nüfuzdan salınması üçün istifadə edirlər».


Mətbuatı beynəlxalq müdafiə təşkilatı «Sərhədsiz reportyorlar»ın «Turan»a daxil olan bəyanatında belə deyilir. «Biz A.Xəlilə silahlı basqın faktının araşdırılmasının istintaqı Strekalinə gətirib çıxarmasından, əsl cinayətkarların isə kənarda qalmasından məyus olmuşuq», - deyə bəyanatda qeyd edilib.


«Sərhədsiz reportyorlar» bildirir ki, bu proses biabırçılıq və ictimaiyyəti jurnalistə basqına onun qeyri-ənənəvi oriyentasiyasının səbəb olmasına inandırmaq cəhdindən başqa heç nə deyil: «Baxmayaraq ki, Aqil Xəlil ona basqın edənlərin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğunu deyib».


Günün bütün mövzuları

XS
SM
MD
LG