Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:43

«Gallup» üç ölkənin şəriətə münasibətini öyrənib


İran tam şəriət qanunlarıyla idarə olunur
İran tam şəriət qanunlarıyla idarə olunur
«Gallup» beynəlxalq sorğu mərkəzi üç ölkənin şəriətə münasibətini öyrənib, İran, Türkiyə və Misirdə sorğu aparıb. İranda sorğuda iştirak edənlərin çoxu - təxminən 65%-i deyib ki, qanunlar şəriətə əsaslanmalıdır, amma tək şəriətə yox. Misirdə respondentlərin 60%-dən çoxu konstitusiyanın yalnız şəriətə əsaslanmasını istəyir. Türkiyədə isə ikitirəlik var.


Türklərin təxminən 30%-i qanunların şəriətə əsaslanmasının tərəfdarıdır. 40% isə hesab edir ki, qanunlar şəriətdən qaynaqlana bilməz.


İran tam şəriət qanunlarıyla idarə olunur. Misir prezidentin idarə etdiyi respublika olsa da, dini partiyaların nüfuzu şəriətə etimadın böyük olduğunu göstərdi. Parlamentli respublika Türkiyədə isə tam dünyəvi konstitusiya hakimdir.


Azərbaycan prezidentin idarə etdiyi konstitusiyalı respublikadır. Bəs Azərbaycanda şəriət nə vaxtsa konstitusiyadan üstün tutulmaz ki?


Filosof Niyazi Mehdi deyir ki, Azərbaycanda çox adam şəriətin nə olduğunu bilmir:


«Mən bu sahədə araşdırma aparmamışam, amma onu deyə bilərəm ki, Azərbaycanda çoxları şəriətin nə demək olduğunu bilmir. Kimsə desə ki, şəriətə üstünlük verir, düşüncəylə deməyəcək, çünki şəriət çoxları üçün sadəcə ilahi əsası olan qanunlardır. Amma belə deyil. Məncə, əhaliyə hər şey düzgün başa salınsa, konstitusiyaya üstünlük verəcək, nəinki şəriətə».


Dinin ictimai həyatda rolu müsəlman dünyasında, eləcə də Qərbdə mübahisələrə səbəb olan mövzulardan biridir.


Və şəriətə qarşı çıxan çox vaxt qadınlar olur. Amma «Gallup»ın apardığı sorğu göstərib ki, şəriətlə bağlı qadınlarla kişilərin mövqeyində elə bir fərq yoxdur. Hər halda Türkiyə, İran və Misirdə sorğunun nəticələri belə deməyə əsas verir.


İranda kişilərin 62, qadınların isə 64%-i deyib ki, qanunlar şəriətə əsaslanmalıdır. Misirdə qadınların da, kişilərin də üçdə ikisi hesab edir ki, şəriət qanunların yeganə mənbəyi olmalıdır. Türkiyədə isə qadınların da, kişilərin də 40%-i qanunların şəriətə əsaslanmasının əleyhinədir.


Sorğu onu da göstərib ki, şəriət tərəfdarlarının çox yaşlılardır.









AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG