Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

«Seçki komissiyalarının hazırki tərkibi etibar doğurmur»


«Komissiyanın bütün tövsiyələri nəzərə alınmayıb»

«Komissiyanın bütün tövsiyələri nəzərə alınmayıb»

«Seçki Məcəlləsinə Venesiya Komissiyasının tövsiyələrinə əsasən müəyyən dəyişikliklər edilib. Komissiyanın bütün tövsiyələri nəzərə alınmayıb, bununla belə, bu Məcəllə ilə də demokratik seçkilər keçirmək olar».


Bakıda jurnalistlərlə söhbətində Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri şərh edərkən belə deyib.


Onun sözlərinə görə, çox şey Məcəllənin necə tətbiq ediləcəyindən, hakimiyyət və müxalifətin prezident seçkisində özlərini necə aparmasından asılı olacaq:


«Bütün bunları biz oktyabrda seçkilər zamanı öyrənəcəyik».


Bukikkionun sözlərinə görə, seçki komissiyalarının hazırki tərkibləri seçicilərdə tam etibar doğurmur:


«Komissiyaların müxalifətin fikri nəzərə alınmaqla formalaşdırılması, şübhəsiz, ictimaiyyət tərəfindən onlara etibar dərəcəsini artırardı».


Avropa Şurası Venesiya Komissiyasının katibləri - Canni Bukikkio və Sergey Kuznetsov Bakıya iyulun 14-də gəliblər.


İkigünlük səfərdə məqsəd Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etməkdir.


«Turan»


XS
SM
MD
LG