Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Prezidentə müraciət edildi


Həbsdəki jurnalistlərin azadlığı tələb edilir

Həbsdəki jurnalistlərin azadlığı tələb edilir

Bir qədər əvvəl Mətbuat Şurası həbsdəki üç jurnalistlə bağlı müraciəti prezident İlham Əliyevə göndərib. Məlumatı «Media forum»a şuranın icraçı katibi Rəhim Hüseynzadə verib. Müraciətdə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin əvfi xahiş olunub.


Bu jurnalistlərin əvfi üçün müraciət məsələsi Azərbaycan jurnalistlərinin iyunun 20-də keçirilən 5-ci qurultayının qətnaməsinə də salınmışdı. Prezidentə göndərilən müraciətə qurultayın qətnaməsi də əlavə edilib.


Q.Zahid 2007-ci ilin noyabrından həbsdədir. 4 il müddətinə azadlıqdan məhrum edilib. Qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda günahlandırılıb.


M.Sakit 2006-cı ilin iyunundan həbsdədir. 3 il həbs cəzası alıb. Qanunsuz narkotik saxlamaqda ittiham olunub.


E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Cəza müddəti 2007-ci ilin aprelindən hesablanır. Terrorçuluqla hədələmədə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmada, külli miqdarda vergidən yayınmada təqsirli bilinib.


XS
SM
MD
LG