Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:04

Maykl Debeyki vəfat edib


Məşhur ürək cərrahı Maykl Debeyki 99 yaşında Hyuston xəstəxanalarından birində vəfat edib.


Azərbaycanda Debeyki 1996-cı ildə Rusiya prezidenti Boris Eltsin üzərində aortokoronar şuntlama əməliyyatından sonra məşhurlaşıb. 1999-cu ildə o, Bakıya gəlib və ABŞ-ın Klivlend klinikasında şuntlama əməliyyatı keçirmiş sabiq prezident Heydər Əliyevi müayinə edib.


70 illik həkimlik təcrübəsi ərzində Debeyki 60 minə yaxın əməliyyat edib. O, minlərlə insanın həyatını xilas etmiş çox sayda müalicə metodları işləyib hazırlayıb və tətbiq edib. Məhz Debeyki ilk dəfə 1964-cü ildə aortokoronar şuntlama əməliyyatı keçirib, mobil ordu cərrahiyyə hospitalı (MASH) konsepsiyasını hazırlayıb. Bu konsepsiya ABŞ ordusunda 40 il tətbiq edilib.


«Turan»


Günün bütün mövzuları

XS
SM
MD
LG