Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

«Əlli hektar ərazi sürüşmə təhlükəsindədir»


Ərazidə iri çatlar əmələ gəlib
Ərazidə iri çatlar əmələ gəlib

Qusarın Düztahir kəndində torpaq sürüşməsi təhlükəsi yaranıb. Düztahir kənd sakini Etibar Qasımov «Azadlıq» radiosuna deyib ki, sürüşmə təhlükəsi iyulun 8-i güclü yağan yağışdan sonra yaranıb:


«Bir əlli hektar ərazi sürüşmə təhlükəsindədir».


Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev isə «Azadlıq» radiosuna deyib ki, Düztahir kəndindən belə bir təhlükə haqqında xəbər daxil olsa da, orada ciddi fakt müşahidə olunmayıb.


E.Mustafayev bildirib ki, daha ciddi təhlükə Qənərçay kəndində müşahidə olunur:


«Altı nəfərdən ibarət komissiya iki gün ərzində orda işləyib. Dəymiş zərər haqqında məlumatlar toplanıb, indi dəqiqləşdirmələr aparılır və yekun nəticə haqqında məlumat veriləcək».


ANS PRESSin məlumatına əsasən isə, Düztahir kəndindəki Uqur çayının keçdiyi təxminən 10 hektarlıq ərazidə iri çatlar əmələ gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və yerli icra oqanlarının nümayəndələri gəlib.


Ötən həftə yağan yağışlar nəticəsində Qusarın Qənərçay kəndində torpaq sürüşməsi olub. 6 ev dağılıb, 20-dən çox ev isə qəza vəziyyətinə düşüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG