Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:34

Bu il 200 tələbə xarici universitetlərə göndəriləcək


«Bu il xaricdə təhsil almaq üçün daha 200 tələbə xarici universitetlərə göndəriləcək».


Bu sözləri Təhsil naziri Misir Mərdanov deyib.


«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na əsasən, 8 il ərzində 5 min azərbaycanlı xaricdə mütəxəssis kimi yetişməlidir.


M. Mərdanov proqramın səmərəli həyata keçirilməsi məqsədi ilə rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrin tərəfdaş qurumları və yaxud ali məktəbləri ilə birbaşa əməkdaşlıq etdiyini bildirib.


Nazir deyib ki, xaricə göndərilən tələbələr ilk növbədə müəyyən edilmiş qaydada müsabiqədən keçməlidir.


«Proqramlar yalnız bakalavr və magistratura təhsili üçün nəzərdə tutulur. Tələbə təbiət-texniki fənnlər üzrə təhsil alırsa, qəbul imtahanları zamanı minimum 550 bal toplamalıdır. Bundan az bal yığan şəxs müsabiqədə iştirak edə bilməz. Humanitar fənlər üzrə isə bu bal 600-dən yuxarı olmalıdır». / ANS Press /


XS
SM
MD
LG