Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:25

Bakıda Bibiheybət məscidinin açılış mərasimi keçirilib


İyulun 12-də Bakı buxtası sahilində yerləşən və son 11 ildə təmir-bərpası aparılan Bibiheybət məscidinin açılış mərasimi keçirilib.


Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, ölkənin hökumət rəsmiləri, tanınmış elm və din xadimləri iştirak ediblər.


XIII əsrə aid olan bu tarixi dini memarlıq abidəsinin təmir-bərpasına 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə başlanılıb. Məscid son 11 il ərzində şərq memarlıq üslubunda bərpa edilib. Bibiheybət məscidinin iki minarəsindən biri Heydər Əliyevin adını daşıyır. Müqəddəs ocaqda səkkizinci imam Rzanın (ə.s.) bacısı həzrəti Hökumə xanım dəfn olunub. / APA /


Günün bütün mövzuları

XS
SM
MD
LG