Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:02

«İranın sınaqları ABŞ-ın raketdən müdafiə sistemlərinin vacib olmadığını göstərdi»



İranın sınaqları Amerikanın raketdən müdafiə sistemlərinin vacib olmadığını göstərdi. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, İranın sınaqdan keçirdiyi raketlər uzaq məsafəli deyil:


«İranda keçirilən sınaqlar göstərdi ki, İran uzağı 2 min kilometr məsafəli raketlərə malikdir. Bu, bizim əvvəl də dediklərimizi təsdiqlədi. Yəni belə kiçik məsafəli raketləri izləmək üçün Birləşmiş Ştatların 3-cü radar sistemini Avropada yerləşdirməyə ehtiyac yoxdur».


İyulun 9-da İran 9 raketini sınaqdan keçirib. Amerika bildirib ki, sınaqlar, əksinə Avropada raketdən müdafiə sisteminə ehtiyac olduğunu sübut edir. Birləşmiş Ştatlar yeni radarları Çexiyada yerləşdirmək barədə razılıq əldə edib. Rusiya bildirib ki, razılıq təsdiqlənsə, hərbi-texniki üsullarla cavab verməli olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG