Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Hazırda Bakıda 555 yeni bina tikilir


Hazırda Bakıda 555 yeni bina tikilir. Bu binaların inşasını 212 şirkət aparır. Məlumat «Media forum» saytına Əmlak Bazarı İştirakçıları İctimai Birliyindən verilib.


Məlumatda bildirilir ki, iyulun 1-nə olan göstəricilərə görə, sözügedən binaların 40 faizi Yasamal rayonunun payına düşür. Xətai və Nəsimi rayonları sonrakı yerlərdə gəlir. Əmlak Bazarı İştirakçıları Birliyi qeyd edir ki, bundan əvvəl də yeni binaların tikildiyi rayonlar arasında Yasamal birinci, Xətai və Nəsimi rayonları sonrakı yerləri tuturdu.


Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyunda may ayı ilə müqayisədə 3,1 faiz (kvadratmetri 1138 dollardan 1173 dollaradək) artıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG