Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:36

«Absurdistan»ın çəkilişində Azərbaycandan 8 aktyor yer alıb»


Fayt Helmer
Fayt Helmer
«Absurdistan» filminin çəkiliş qrupunda 16 ölkənin nümayəndələri olub. Filmdə Azərbaycandan 8 aktyor yer alıb».


«Absurdistan» filminin rejissoru Fayt Helmer «Can Bakı»nın qonağı olarkən belə deyib. O, filmin harada çəkiləcəyi barədə qərar vermək üçün iki il ərzində 7 ölkə gəzdiyini, onlar arasında ancaq Azərbaycanı bəyəndiyini deyib. Rejissor sonda Lahıc və Şəkidə çəkilişlər aparmaq qərarına gəlib.


Lakin Helmer deyir ki, «Azərbaycan» kinostudiyasında ona lazım olan avadanlığın, şəraitin olmadığını görəndə, zəruri texnikanı xaricdən gətirməyi, çəkiliş qrupunun üzvləri üçün isə təlim keçməyi lazım bilib.


«Absurdistan»da bir kəndin su ilə bağlı problemindən söz açılır. Maraqlıdır ki, filmin çəkilişləri zamanı da yaradıcı heyət sudan qıtlıq çəkib. Xaricdən gələn qonaqlar hər gün duş qəbul etdiklərindən, bu, kənddə su ilə bağlı problem yaradıb və nəticədə Lahıc bələdiyyəsi onlara xəbərdarlıq edərək, duşların sayını azaltmağı məsləhət görüb.


Fayt Helmer yaradıcılığına qısametrajlı filmlər çəkməklə başlayıb. Elə bu sahədə də dərhal uğur qazanıb. Onun ilk qısametrajlı filmləri Berlin, Kann kinofestivallarında mükafata layiq görülüb. Helmer indiyədək 120 mükafat alıb.


Rejissor deyir ki, «Absurdistan» filmi sponsor sarıdan qıtlıq çəkmir. Almaniyanın dövlət televiziyası, BMW avtomobil şirkəti, Azərbaycan tərəfdən isə «Bakcell» filmin əsas sponsorlarıdır.


«Absurdistan»ın dünya premyerası Robert Redfordun direktoru olduğu «Sundance» kino festivalında baş tutub. Artıq bu film Bavariya Dövlət Film mükafatına və «ən yaxşı quruluş dizaynına görə» alman kino mükafatına layiq görülüb.


Buna da bax:

XS
SM
MD
LG