Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Əli Kərimlinin apellyasiya şikayətinə yenə baxılmadı


AXCP sədri Əli Kərimlinin apellyasiya şikayəti üzrə iyulun 11-i saat 11:30-a təyin olunan proses növbəti dəfə baş tutmayıb. AXCP sədrinin vəkili Elçin Qəmbərov «Media forum» saytına deyib ki, prosesə çıxan hakim Etibar Nəbiyev keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin işi ilə bağlı müşavirəyə getdiyindən proses təxirə salınıb: «Həmin prosesdə hökm oxunandan sonra bizim şikayətimizə baxılacaq». Vəkil prosesin nə vaxt keçiriləcəyi barədə hakimin açıqlama vermədiyini bildirib.


Ə.Kərimli 2001-ci ilin iyununda aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-in Pasport və Vətəndaşların Qeydiyyat İdarəsinə lazımi sənədlərlə müraciət göndərsə də, bu qurum ona yeni pasport verməkdən imtina edib. İdarə bu imtinanı Ə.Kərimli barəsində 1994-cü ildə açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırıb.


Bundan sonra AXCP sədri məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğuna müraciət edib, amma müraciəti cavabsız qalıb. O, sorğusuna cavab almadığı üçün Nəsimi Rayon Məhkəməsinə şikayət edib. Bu məhkəmə instansiyası AXCP sədrinin şikayətini onun xeyrinə həll etməyib. Bakı Apellyasiya Məhkəməsində də onun şikayəti təmin olunmayıb. Ə.Kərimli Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə 2008-ci il fevralın 15-də cinayət işinin xitamı ilə bağlı yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi haqda qərar çıxarıb.


Nəsimi Rayon Məhkəməsinin mayın 26-da keçirilən iclasında Ə.Kərimlinin iddiası təmin olunmayıb. AXCP sədri qərardan apellyasiya şikayəti verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG