Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Gürcüstan Rusiyadakı səfirini geri çağırır


Nazir deyib ki, səfirin geri çağırılması haqqında məktub Moskvaya iyulun 11-də göndəriləcək

Nazir deyib ki, səfirin geri çağırılması haqqında məktub Moskvaya iyulun 11-də göndəriləcək

Gürcüstan Rusiyadakı səfirini geri çağırır. Tbilisi Moskvanın Gürcüstandakı münaqişə zonaları ilə bağlı son fəaliyyətini və Rusiya təyyarələrinin ölkənin hava məkanını pozmasını nəzərə alaraq bu qərara gəlib.


Bu barədə iyulun 10-u axşam keçirilən brifinqdə Gürcüstanın Xarici İşlər naziri Yekaterina Tkeşelaşvili bildirib:


«Biz Rusiyanın təcavüzkar siyasətindən qəzəblənmişik, fəal diplomatik fəaliyyətə başlayırıq və Rusiyadakı səfirimizi məsələhət üçün geri çağırırıq».


Nazir deyib ki, səfirin geri çağırılması haqqında məktub Moskvaya iyulun 11-də göndəriləcək.


Rusiya Xarici İşlər Nazirliyi iyulun 10-u axşam təyyarələrin Gürcüstan-Osetiya münaqişə zonasına daxil olması faktını təsdiq edib. Bu barədə nazirliyin saytında yerləşdirilmiş mətbuat üçün məlumatda deyilir.


«Turan»


Günün bütün mövzuları

XS
SM
MD
LG