Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:16

«Litvinenkonun cinayət işi bağlanmayacaq»


«Londonda Rusiya dövlətinin sifarişiylə öldürüldüyü iddia edilən keçmiş «KQB» casusu Litvinenkonun cinayət işi bağlanmayacaq. Bu işə görə ikitərəfli münasibətləri gərginləşdirmək düzgün deyil». Böyük Britaniyanın Baş naziri Qordon Braun bildirib ki, Yaponiyada «Böyük səkkizliyin» sammitində Rusiya prezidentinə belə deyib.


Rusiyanın sabiq prezidenti Vladimir Putini ittiham edən Litvinenko 2006-cı ildə Londonda plutoniumla zəhərlənərək öldürülüb. Moskva qətldə şübhəli bilinən rus casusu Luqovoyu Britaniyaya verməkdən imtina edəndən sonra iki ölkə arasındakı münasibətlər gərginləşmişdi.



XS
SM
MD
LG