Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Konsulluğa hücumda şübhəli bilinən dörd nəfər həbs olunub


İyulun 9-da İstanbuldakı Amerika Konsulluğuna silahlı hücum olub
İyulun 9-da İstanbuldakı Amerika Konsulluğuna silahlı hücum olub

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücumda şübhəli bilinən dörd nəfər həbs olunub. Türkiyənin Daxili İşlər naziri Bəşir Atalay deyib ki, şübhəlilərdən üçü İstanbulda, biri isə kənarda həbs edilib.


İyulun 9-da İstanbuldakı Amerika Konsulluğuna silahlı hücum olub. Atışma zamanı üç polis və eyni sayda basqınçı həlak olmuşdu. Hücum edənlərdən biri maşınla hadisə yerindən qaçmışdı. Bəşir Atalay deyib ki, hələ də hadisə yerindən qaçan basqınçının kimliyini müəyyənləşdirib, tapmaq mümkün olmayıb. Əməliyyatlar davam edir, amma hücum edənlərin hansısa beynəlxalq terror qrupuna aid olub-olmadığı dəqiqləşdirilməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG