Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:00

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərar verdi


Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı 13-ə çatdı
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı 13-ə çatdı

İyulun 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 2 işə baxıb. Məhkəmə Vaqif Hacıbəylinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqıında Konvensiyanın 6-cı (ağlabatan müddətdə işə baxılması hüququ), 4 saylı Protokolun 2-ci maddəsi (hərəkət azadlığı) və Leyli Rəhmanovanın Konvensiyanın 6.1-ci (məhkəməyə çatımlıq hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarının pozuntusundan şikayətlərini təmin edib.


Qərara əsasən V.Hacıbəyliyə 1500 avro təzminat ödənməlidir.


Hacıbəyli 2000-ci ilin aprelində Bakının Füzuli meydanında keçirilən icazəsiz mitinq zamanı həbs olunub.


Leyli Rəhmanovanaya da 1500 avro təzminat veriləcək.


L.Rəhmanova öz gəlini ilə mülkiyyət mübahisəsinə dair Azərbaycan məhkəmələrinin qərarından narazı qaldığı üçün Avropa Məhkəməsinə müraciət etmişdi.


Bununla da Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı 13-ə çatdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG