Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40

«Kim deyir İran təhlükə deyil?»


2 min kilometri İran raketi adi başlıqla vurur

2 min kilometri İran raketi adi başlıqla vurur

İyulun 9-da İran 9 raketinin sınağını keçirdi. Bu raketlər İrandan qalxıb Avropanın cənubunu və ya İsraili, yaxud da Yaxın Şərqdəki Amerika qoşunlarını vurmağa qadirdir.

ABŞ-ın «Wall Street Journal» qəzeti baş məqaləsinə elə belə də başlayır: «Kim deyir İran təhlükə deyil?»


İranın sınağı bu ölkənin raket texnologiyları baxımından böyük sürpriz olmayıb. Bu, İranın əvvəllər yaratdığı «Şahab-3» raketinin yeni versiyasıdır və 2 min kilometrədək bir məsafədə hədəfi vura bilər.


Qəzetin fikrincə, bu sınağın ən böyük dərsi dünyanın İranın raket təhlükəsinin hansı sürətlə artdığını görməsidir.


Unutmaq lazım deyil ki, 2 min kilometri İran raketi adi başlıqla vurur. Bunun yerinə daha yüngül olan nüvə başlığı qoyulanda, raketin uçuş radiusu min kilometr də arta bilər.


Amerikalı ekspertlərin fikrincə, «Şahab» raketinin uçuş imkanlarını artırmağa başqa imkanlar da var. Məsələn, xüsusi sürətləndirici qurğu. Şimali Koreya bunu «Taypedon» raketi ilə etdi. Amerika kəşfiyyatının məlumatına görə, eyni texnologiya indi də İrana gəlib çıxıb.


Ancaq raketin mənzil dairəsinin artması təhlükəsi ABŞ-ın əsas narahatlıq mənbəyi deyil.


Amerikanın kəşfiyyat məlumatlarına görə, İran tezliklə öz ballistik, yəni uzaq mənzilli raketini də istehsal edə biləcək.


Nyu-Yorku vura bilən bu raket 7 ilə hazır ola bilər. İran indinin özündə də Amerikanı hədəfə almaq gücündədir, raketi, məsələn, gəmilərdən buraxa bilər. İran bu yaxınlarda gəmilərdən raket buraxmağı Xəzər dənizində sınaqdan çıxarıb.


Ancaq ABŞ-ın narahatlığı bununla da bitmir.


Əgər İran EMP-yə, yəni elektromaqnit impuls texnologiyası adlı texnologiyaya yiyələnsə, fəlakət onda başlayacaq.


Qısa deyilsə, bu texnologiyanın məğzi ondan ibarətdir ki, Amerikanın üstündə, bir neçə yüz kilometr məsafədə nüvə bombası partladılır və onun yaratdığı elektromaqnit impulsu bütün ölkə ərazisində hər bir elektron avadanlığı sıradan çıxardır. Bununla da, faktiki olaraq, Amerika iqtisadiyyatını məhv edir. EMP təhlükəsi o qədər vacib məsələdir ki, ABŞ Konqresində EMP təhlükəsini qiymətləndirmə üzrə xüsusi komissiya var.


Ancaq İranın raket sınağına Birləşmiş Ştatlarda başqa reaksiya da var. Prezidentliyə demokrat namizəd Barak Obama deyib ki, bu sınaq onu göstərir ki, İranla birbaşa danışıqlara başlamağın vaxtıdır.


Bu yanaşmanın tərəfdarlarının arqumenti odur ki, İranın raketi adi raketdir, dünyada 30 ölkənin isə, o cümlədən Suriyanın və Şimali Koreyanın ballistik raketi var. Danışıqlarla, razılaşmalarla bu raketlər nəzarətdə saxlanırsa, İran niyə istisna olmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG