Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Bakıda daha bir yolötürücüsü və tunel istifadəyə verilib


İyulun 10-da Bakıda - «Excelsior» mehmanxanası dairəsində daha bir yolötürücüsü və tunel istifadəyə verilib. AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.


Bu yol qovşağı kompleksinin təməli 2006-cı il avqustun 4-də qoyulub. Kompleksi «Akkord» şirkətlər qrupu inşa edir.


Kompleksə 4 yolötürücüsü ilə bərabər, 2 tunel daxildir. Eyni zamanda həmin ərazidən keçən dəmir yolu körpüsü yenisi ilə əvəz edilir.
İstifadəyə verilən yolötürücüsünün aşırım hissəsinin uzunluğu 340 metr, eni 11,7 metr, yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 540 metrdir. Tunelin uzunluğu isə 220 metr, eni 11 metr, iki istiqamətdə yan yolların ümumi uzunluğu isə 2600 metrdir.


XS
SM
MD
LG