Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45

Corc Buşun xalası oğlu Bakıdadır


Con Uolker ABŞ Apellyasiya Məhkəməsinin baş dairə hakimidir
Con Uolker ABŞ Apellyasiya Məhkəməsinin baş dairə hakimidir

Amerika prezidenti Corc Buşun xalası oğlu Bakıya gəlib.


Con Uolker ABŞ Apellyasiya Məhkəməsinin baş dairə hakimidir.


Səfərdə məqsədi Azərbaycana qanunun aliliyini xatırlatmaq və məhkəmə siteminin inkişafını müzakirə etməkdir.


Con Uolker beş gün ərzində hakimlər, parlament üzvləri və özünün dediyi kimi, «qanunun aliliyi ilə bağlı mövqeyi möhkəm olan şəxslərlə» görüşəcək:


«Beş ildir ki, postsovet ölkələrinə səfər edirəm. Çünki həmin ölkələrdə məhkəmə sisteminin çox böyük əhəmiyyəti var. Amma bu sistem çox şəffaf olmalıdır. Azərbaycan da bu sıradadır».


Uolker deyir ki, elə etmək lazımdır ki insanlar məhkəmə sistemlərinə inansınlar.


«Qanunun aliliyi tətbiq olunarsa, hakimlər müstəqil olarsa, bundan bütün cəmiyyət fayda görər. Bu zaman əhalinin hökumətə də inamı artar. Bu, ölkəyə investisiyaların cəlbi üçün də vacibdir. İnsanlarda inam yaranar ki, məsələn, biznes mübahisələri ədalətli həll olunacaq».


İyulun 10-da Con Uolker Bakıda «Müstəqil məhkəmə sistemi və qanunun aliliyi» mövzusunda seminara qatılıb.


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders isə deyib ki, qanunun aililyi olmadan demokratiya yaşaya bilməz. Səfirin fikrincə, bu, həm də özündə söz azadlığı, aktiv siyasi proseslər kimi vacib amilləri ehtiva edir:


«Hazırda Azərbaycanın təbii ehtiyatları dövlətin misilsiz iqtisadi inkişafına gətirib çıxarıb. Amma güclü məhkəmə sistemi Azərbaycanın regional dövlət kimi əhəmiyyətli potensialından səmərəli istifadəsinin təməl daşı olacaq».


Con Uolker Bakıdan sonra Tbilisiyə gedəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG