Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

«İranda yaşayan jurnalistlər öz həyatları ilə oynayırlar»


«Yaşmaq» dərgisinin baş yazarı Səid Muğanlı

«Yaşmaq» dərgisinin baş yazarı Səid Muğanlı

«İranda yaşayan azad jurnalistlər öz həyatları ilə oynayırlar». Bunu «Can Bakı»nın qonağı olan İran azərbaycanlısı, «Yaşmaq» dərgisinin baş yazarı Səid Muğanlı deyib:


«İranda jurnalistlər çox çətinlik şəkirlər. Həyatları uğrunda daim mübarizədədirlər. Jurnalist elə bir divar üstündədir ki, hansı tərəfə yıxılsa, öləcək. O cür qıl körpüsünün üstündə dayana bilmək üçün qəhrəman olmaq lazımdır».


«Yaşmaq» İranda tam Azərbaycan dilində çıxan yeganə dərgidir.


Səid Muğanlı Muğanda anadan olub və hazırda Tehranda yaşayır. O, jurnalistika təhsili almayıb. Deyir ki, ümumiyyətlə, İranda jurnalistlərin normal yaşaya bilməsi üçün mütləq başqa peşələri də olmalıdır. Çünki iqtidara bağlı olmayan media nümayəndələrinin maddi vəziyyəti çox pisdir.


Səid Muğanlı deyir ki, İranda Azərbaycan dilində kitablar daim çap olunur və yaxşı satılır. Məsələn, Ramiz Rövşənin «Göy üzü daş saxlamaz» adlı şeir kitabını hətta ikinci dəfə təkrar çap etmək məcburiyyətində qalıblar. Rasim Qaraca, Vaqib Bayatlı, Rüstəm Behrudinin kitabları da yaxşı satılır.


Buna da bax:

XS
SM
MD
LG