Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

«Lazım olan bütün tədbirlər görülüb»


«Hər hansı şərh verməzdən öncə çalışırıq ki, ətraflı məlumat alaq»

«Hər hansı şərh verməzdən öncə çalışırıq ki, ətraflı məlumat alaq»

«İstanbuldakı hadisə bizdə böyük narahatçılıq yaradıb. Hər hansı şərh verməzdən öncə çalışırıq ki, ətraflı məlumat alaq. Biz bu hadisədə həlak olanların yaxınları və ailələrinə başsağlığı verərək bildirmək istəyirik ki, onların kədərini bölüşürük».


ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin səlahiyyətlərini icra edin Dmitri Taraxovski Birləşmiş Ştatların İstanbuldakı Baş Konsulluğuna hücuma münasibət bildirərkən belə deyib. O, ümid edir ki, Türkiyə hökuməti bu hadisənin səbəbini araşdıracaq:


«Türkiyə bizim yaxın müttəfiqimizdir. Baş verənlərlə bağlı hər hansı şərh vermək üçün vəziyyətin tam öyrənilməsini gözləyirik».


Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mühafizəsinin gücləndirilməsinə gəlincə, cənab Traxovski deyib ki, lazım olan bütün tədbirlər görülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG