Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17

«Beynəlxalq Universitet hədəfdə»


«Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir»

«Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir»

«Bizim yol» qəzetindəki «Beynəlxalq Universitet hədəfdə» başlıqlı məqalədə Təhsil naziri Misir Mərdanov ABU-da özbaşınalığını baş alıb getdiyini deyir:


«Bu gün Beynəlxalq Universitetin bağlanmasından söhbət getmir. Biz bu universitetdə qayda-qanun yaradılmasına, xalqa xidmət eləməsinə və normal təhsil verməsinə çalışırıq. Təəssüf ki, bu universitetin rəhbərliyi, onun kollektivi bu barədə düşünmür. Bu gün yüzlərlə, minlərlə adam küçələrə düşüb diplom almaq istəyir, biz də bunun şahidiyik. Mən bu adamları, universitetin rəhbərliyini dəfələrlə qəbul etmişəm, amma təəssüf ki, onlar heç bir nəticə çıxarmır. Artıq bir neçə gündür ki, biz rektoru tapa bilmirik. Biz onu tapmırıq ki, camaatın şikayətlərinə cavab versin».


Təhsil naziri Misir Mərdanov insanların bu universitetdən şikayətçi olduqlarını, kimə müraciət etməli olduqlarını bilmədiyini söyləyib: «Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir. Onların problemlərinin əksəriyyəti yerlərdə həll olunmalıdır, amma təəssüf ki, bizim ölkəmizdə belə hadisələr baş verir».


«525-ci qəzet» yazır ki, çeklərin istifadə müddəti artırıldı. Azərbaycan prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Yeni fərman Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) özəlləşdirmə prosesində istifadəsinin artırılması, yerli və xarici investorların iştirakının genişləndirilməsi və dövlət əmlakından daha səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə qəbul olunub.


«Azadlıq» qəzetindəki «AzTV bağlanacaq» başlıqlı məqalədə deyilir ki, dövlət televiziyası özəlləşdiriləcək. Qəzet yazır ki, sədrliyə başlayan kimi özəlləşdirmə ərəfəsində qarşıya çox böyük əngəllər çıxa biləcəyini, potensial rəqiblərin olacağını düşünən Arif Alışanov onları bir-bir sıradan çıxardı, real maneələri aradan qaldırdı:


«Kimlərisə işdən çıxardı. Bir ayrılarını təqaüdə yolladı, daha ləyaqətliləri isə bezdirib ərizələrini aldı, şirin dillə yola saldı. Son günlər Alışanov daha bir rəqibini zərərsizləşdirib. O, telejurnalist Telli Əliyevanı (Telli Pənahqızı) təqaüdə çıxarıb».


Günün bütün mövzuları

XS
SM
MD
LG