Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:31

Təhsil nazirinə ittiham


«Orta məktəb dərsliklərinin keyfiyyəti çox aşağıdır»

«Orta məktəb dərsliklərinin keyfiyyəti çox aşağıdır»

«Orta məktəb dərsliklərinin keyfiyyəti çox aşağıdır». «21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev «Azadlıq» radiosunun «İşdən sonra» verilişində belə deyib. Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında şagirdlərin pis nəticə göstərməsinin əsas səbəblərindən biri də budur:


«İndi şagirdlərin əllərindəki test kitabçalarıdır, dərsliklər yox. Hərçənd ki, əksinə olmalıdır».


«Pedaqogika» nəşriyyatının direktoru Əlövsət Osmanlı isə Təhsil naziri Misir Mərdanovun 28 dərsliyin müəllifi olmasına şübhəsini bildirib:


«Bir adam 28 dərsliyin müəllifi ola bilməz. Burda korporativ maraqlar güdülür».


Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Ə.Osmanlının dediklərinə etiraz edib. O, deyib ki, orta məktəb dərsliklərində problemlər var və nazirlik müntəzəm şəkildə onların aradan qaldırılması ilə məşğuldur.


Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG