Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04

Eynulla Fətullayev əfv olunacağına ümid etmir


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov iyulun 9-da Qızıldaşda 12 və 13 saylı cəzaçəkmə müəssisələrində olub. 12 saylı cəzaçəkmə müəssisəsində Behbudov Əli İnsanovun işi üzrə 9 il azadlıqdan məhrum edilmiş Akif Məhərrəmovla görüşüb. Məhərrəmov saxlanma şəraitindən şikayətlənməyib, lakin səhhəti ilə bağlı narahatlığını bildirib.


Elə həmin cəzəçəkmə müəssisəsində o, jurnalist Eynulla Fətullayevlə görüşüb. Jurnalist də saxlanma şəraitindən şikayət etməyib. O bildirib ki, əfv olunacağına ümid etmir, Avropa Məhkəməsinin qərarını gözləyir.


Sonra hüquq müdafiəçisi sabiq nazir Əli İnsanovla görüşüb. O, yenidən səhhətindən və saxlanma şəraitindən, habelə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının ona münasibətindən şikayətlənib.


Günün bütün mövzuları

XS
SM
MD
LG