Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

Orucluq sentyabrın 1-i, həcc ziyarəti isə noyabrdan başlayır


2008-ci ildə zəvvarların həcc ziyarətinə səfəri noyabrın ikinci ongünlüyündən başlanacaq. Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Müqəddəs Payızov «Turan»a belə deyib. Onun sözlərinə görə, bu il üçün kvota Azərbaycan üzrə 6000-6200 nəfər arasındadır. Bu zəvvarların 2 min nəfərinin təyyarə, 4 mininin isə avtobuslarla ziyarətə yola düşməsi nəzərdə tutulub.


M.Payızov bu il avtobuslarla ziyarətə gedişin adambaşına 2050 manat, təyyarə ilə isə 3500 manat təşkil etdiyini bildirib. Onun sözlərinə görə, artıq otellər sifariş edilib və zəvvarların rahatlıqları üçün şərait yaradılıb.


M.Payızov Orucluq ayı (Ramazının) bu il sentyabrın 1-də başlayacağını da deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG