Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:54

ATƏT hələ seçkini müşahidə edəcəyinə qərar verməyib


ATƏT hələ Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcəyinə qərar verməyib.


Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero deyib:


«ATƏT-in bir qrup üzvü 1-2 həftə əvvəl Bakıya gəlmişdi. Onlar müşahidəçiliklə bağlı görüşlər keçiriblər. Bu görüşlərin nəticələri bir hesabatda cəmləşib yəqin ki, tezliklə açıqlanacaq. Həmin hesabatda bəyan olunacaq ki, Azərbaycana müşahidəçi missiyası gəlib-gəlməyəcək və yaxud gəlsə, hansı tərkibdə olacaq».


Xose Luis Herrero deyib ki, ATƏT-in məqsədi seçki prosesinin təkmilləşməsinə töfhəsini verməkdir:


«Müşahidəçilər gəlsə, yalnız öz baxışlarını ortaya qoyacaqlar və öz qiymətləndirmələrini verəcəklər».


ATƏT nümayəndəsi vurğulayıb ki, seçkilərdə inzibati resurslar bərabər bölünməli, bütün namizədlərə eyni imkanlar yaradılmalı və səslərin toplanıb sayılması zamanı demokratik prinsiplərə riayət olunmalıdır:


«Biz mandatımıza uyğun olaraq köməklik göstərməyə çalışırıq. Bunları qəbul edib-etməmək Azərbaycanın öz qərarıdır».


2005-ci ildə keçirilmiş parlament seçkisindən sonra ATƏT Azərbaycan hökumətinə bir sıra seçki tövsiyələri verib. Yerli müxalifət nümayəndələri bu tövsiyələrə əməl olunmadığını bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG